• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şolts NATO-nun Baş katibi ilə görüşəcək

DÜNYA

18 Dekabr 2024 | 18:14 | Müəllif: Subhan Mahmudov

Şolts NATO-nun Baş katibi ilə görüşəcək

Bu gün axşam Brüsseldə Almaniya kansleri Olaf Şolts və bir sıra digər ölkələrin başçılarının NATO-nun Baş katibi Mark Rütte ilə Ukrayna mövzusunda qeyri-rəsmi görüşü planlaşdırılıb.

Bakıvaxtı.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmisi Volfqanq Büxner bildirib.

"Bir neçə Aİ ölkəsinin başçıları bu gün Brüsseldə NATO-nun Baş katibi Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Həmçinin bu gün NATO-nun Baş katibinin dəvəti ilə alyansın bir neçə ölkəsinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüşdə federal kansler Şolts da iştirak edəcək", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026