• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya və Çin irimiqyaslı təlimlərə başlayır

DÜNYA

29 Avqust 2022 | 21:19 | Müəllif: Subhan Mahmudov

Rusiya və Çin irimiqyaslı təlimlərə başlayır

Rusiya və Çin Uzaq Şərqdə irimiqyaslı hərbi təlimlərə başlayacaq. Bu isə Qərblə gərginlik fonunda Moskva və Pekin arasında müdafiə əlaqələrinin getdikcə yaxınlaşdığını göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, “Vostok-2022” çərçivəsində təlimlər Rusiyanın Uzaq Şərqi və Yapon dənizinin müxtəlif yerlərində sentyabrın 1-dən 7-dək davam edəcək.

Qeyd edək ki, təlimlər Sovet respublikaları, Çin, Hindistan, Laos, Monqolustan, Nikaraqua və Suriya hərbiçilərinin iştirakı ilə yeddi poliqonda keçiriləcək.(axar.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026