• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya xarici təyyarələri TU-214-lə əvəz edəcək

DÜNYA

11 Aprel 2022 | 01:19 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya xarici təyyarələri TU-214-lə əvəz edəcək

Birləşmiş Təyyarə Korporasiyası (UAC) xarici Boeing və Airbus şirkətlərini əvəz edəcək 20 ədəd uzun məsafəli dar gövdəli TU-214 təyyarəsinin istehsalına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Yuri Slyusar “Dövlət Sifarişi” forum-sərgisi çərçivəsində məlumat verib.

"Yaxın vaxtlarda biz istehsalı artırmalıyıq. Biz artıq 20 TU-214 təyyarəsini istehsala buraxmışıq", - o deyib.

Slyusar bildirib ki, UAC şirkətlərin marağına görə uzaq mənzilli İl-96 təyyarələrinin istehsalını və İl-76 nəqliyyat təyyarələrinin istehsalını artırmağı planlaşdırır (aviatravel.az).

"Hazırda istehsalı artırmaq üçün çox qısa vaxtımız var. İndi TU-214, İl-96 və İl-76 təyyarələrinin seriyalı istehsalını artırmalıyıq", - Slyusar əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026