• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya XİN-dən Azərbaycanla münasibətlərlə bağlı AÇIQLAMA

DÜNYA

17 Noyabr 2022 | 19:03 | Müəllif: Subhan Mahmudov

Rusiya XİN-dən Azərbaycanla münasibətlərlə bağlı AÇIQLAMA

Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından çıxıb və yüksələn xətlə inkişaf edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini İqor Neçayev bu gün keçirdiyi brifinqdə “Dəyişən dünya fonunda tərəfdaşlıq baxımından bu gün Azərbaycanla münasibətlərin Rusiya üçün nə kimi əhəmiyyəti var?” sualına cavabında bildirib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından keçib və yüksəlişdədir. Bu il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə ölkələrimiz əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldi. Çox aktiv əlaqə qrafikimiz var”, - rusiyalı diplomat vurğulayıb.

O, bu gün Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Azərbaycana səfər etdiyini xatırladıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026