• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Azərbaycan tərəfindən məlumat alırıq" - Zaxarova

DÜNYA

19 Sentyabr 2023 | 14:43

"Azərbaycan tərəfindən məlumat alırıq" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlamasını elan etməsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə hazırda Azərbaycan tərəfi ilə təmasların getdiyini söyləyib.

“İkinci məqam isə, təmasların yekununda Rusiya XİN-in xətti ilə müvafiq bəyanat veriləcək. Xəbərdarlığa gəldikdə isə, biz Azərbaycan tərəfindən məlumat alırıq", o deyib.

Rusiya XİN sözçüsü Ermənistan və Azərbaycan arasında sülhə razılaşdırılmış və kağız üzərində olan yol xəritələrinin həyata keçirilməsi ilə nail olmağın mümkün olduğunu söyləyib: “Vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik: razılaşmaları icra etmək və vəziyyəti təhrik etməməmək lazımdır””, deyə Zaxarova vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026