• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiyada mehmanxanaların vergisi sıfırlandı

DÜNYA

30 Mart 2022 | 04:28 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyada mehmanxanaların vergisi sıfırlandı

Rusiyanın Ukraynaya hücumu nəticəsində hər iki ölkənin turizm sektoru çöküb. Xüsusən də Ukraynanın turizm infrastrukturu məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya hökuməti vəziyyəti qismən yüngülləşdirmək üçün  mehmanxanaların ƏDV dərəcəsinin sıfırlanması ilə bağlı qanun qəbul edib. Qanuna görə, növbəti 5 il ərzində onlar 20% vergidən azad olunacaqlar. Yeni otellər açılan andan etibarən eyni imkandan faydalanacaqlar.

Rosturizmin fikrincə, bu tədbirlər Rusiya turizminin əsas problemlərindən birini - müasir yüksək keyfiyyətli otellərin kəskin çatışmazlığını həll etməlidir.

Bundan sonra Mir kartlarındakı 20% turist cashback-in nə qədər davam edəcəyi bəlli deyil: çox güman ki, bir stimullaşdırıcı tədbir sadəcə digəri ilə əvəz olunacaq./aviatravel.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026