• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrəvanda etirazçılarla polis arasında toqquşma

DÜNYA

28 Aprel 2022 | 23:31 | Müəllif: Subhan Mahmudov

İrəvanda etirazçılarla polis arasında toqquşma

İrəvanda "Şərəfim var" parlament fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları ilə polis arasında toqquşma baş verib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Vanetsyan yürüş iştirakçıları ilə vidalaşdıqda və onlar evə getməyə başlayanda qışqırıqlar eşidilib. Vanetsyanın özünün dediyinə görə, hər şey hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin yürüş iştirakçısını vurması ilə başlayıb?

Vanetsyan hərəkatının sözçüsü Sos Akopyan bildirib ki, aksiyanın sonunda etirazçı ilə polis arasında mübahisə yaranıb. Akopyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları döyməyə cəhd ediblər. O, hüquq-mühafizə orqanları əməkdaşlarını xuliqanlıqda günahlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026