Moskvada erməni faşist Njde haqqında filmin nümayişi dayandırılıb.
Bakıvaxtı.az bu barədə REGNUM-a istinadən xəbər verir.
Məlumata görə, polis filmin nümayiş olunduğu yerə gedərək, nümayişin təşkilini dayandırıb.
Polis nümayəndələri 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və tamaşaçıları ordan kənarlaşdırıblar.
Ramid İbrahimov
















