• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyada qatar qəzasında xəsarət alanların sayı artdı

DÜNYA

19 Dekabr 2024 | 10:03

Rusiyada qatar qəzasında xəsarət alanların sayı artdı

Rusiyanın Murmansk vilayətində yük və sərnişin qatarlarının toqquşması nəticəsində yaralananların sayı 31 nəfərə çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Dəmir Yolları öz teleqram kanalında açıqlayıb. 

Bildirilib ki, xəsarət alanlardan beşi uşaqdır. 

Yaralılardan dördünün vəziyyəti ağırdır. 

Xatırladaq ki, hadisə dekabrın 18-də axşam saatlarında baş verib. Yük qatarının Murmansk – Sankt-Peterburq sərnişin qatarı ilə toqquşması nəticəsində 2 nəfər həlak olub. Daha əvvəl yayılan məlumatda 25 nəfərin xəsarət aldığı qeyd olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026