• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada təbii FƏLAKƏT: yüzlərlə tikili yandı - VİDEO

DÜNYA

07 May 2022 | 16:04 | Müəllif: Subhan Mahmudov

Rusiyada təbii FƏLAKƏT: yüzlərlə tikili yandı - VİDEO

Rusiyanın Krasnoyarsk diyarında 200-ə yaxın tikili, o cümlədən uşaq bağçası və daş karxanası yanır, qurbanlar var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krasnoyarsk diyarı üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, beş nəfər həlak olub, onlardan ikisi uşaqdır.

Güclü külək vəziyyəti daha da pisləşdirib. Şəhərlər tüstü-dumana bürünüb. Yollarda görüntü, demək olar ki, sıfıra enib. Yerli hökumət sakinlərə çölə çıxmamaq və pəncərələri bağlamaq barədə çağırış edib.

Regionda fövqəladə vəziyyət elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026