Rusiyanın Krasnodar diyarının Cənubi Krım rayonunda çoxuşaqlı ailənin yaşadığı evdə baş verən yanğın nəticəsində 3 uşaq ölüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Məlumata görə, yanğın zamanı evdə 6 uşaq olub. Valideynlər onlardan ikisini evdən çıxarıblar. Təəssüf ki, uşaqlar xəstəxanada ölüb. Daha bir uşağı isə Rusiya yanğınsöndürənləri aşkarlayıblar. Məlumata görə, o da ölüb.
Bildirilib ki, hadisə yanğınla ehtiyatsız davranma nəticəsində baş verib. İlkin məlumata görə, yanğın detektoru işləmədiyindən yanğın hadisəsi çox gec aşkar edilib. Buna səbəb olaraq aparatdakı akkumulyatorun vaxtında dəyişdirilməməsi göstərilib.