• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyadakı “Azərbaycan mafiyası”nın 15 üzvünün həbs müddəti uzadıldı

DÜNYA

14 Dekabr 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

Rusiyadakı “Azərbaycan mafiyası”nın 15 üzvünün həbs müddəti uzadıldı

Sankt-Peterburqda “ Azərbaycan mafiyası”nın 15 üzvünün həbs müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin Oktyabrski rayon məhkəməsi məlumat yayıb. 

Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. Aralarında Azərbaycan və Tacikistan vətəndaşları da olan 15 gənc məsuliyyətə cəlb edilib .

“Azərbaycan mafiyası” bu ilin oktyabrında Sankt-Peterburqda baş verən bir sıra hadisələrdən sonra diqqət çəkib. Gənclər adətən slavyan görünüşlü insanları döyür, baş verənləri kameraya çəkiblər. Bundan sonra onların sosial şəbəkələrində videolar yayılıb. Videodakı gənclər özlərini “Azərbaycan mafiyası” adlandırıblar.

Ümumilikdə iş üzrə ondan çox adam saxlanılıb. Bundan əlavə, təşkilatın əvvəllər Azərbaycana getmiş lideri Rusiyaya ekstradisiya  edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR