• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirildi

DÜNYA

13 Yanvar 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə təhlükəsizlik şurasının toplantısı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mediaya qapalı şəraitdə keçirilən toplantı təxminən bir saat davam edib.

Prezident Ərdoğanın rəhbərliyi ilə keçirilən tədbirdə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və İYİ Partiyanın sədri Meral Akşenerlə terrorla mübarizə ilə bağlı telefonla danışıqları olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026