• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İsrailin fələstinliləri öldürməkdə məqsədi...

DÜNYA

12 Fevral 2024 | 17:01

İsrailin fələstinliləri öldürməkdə məqsədi...

İsrail fələstinliləri öldürməklə demoqrafik tarazlığı yenidən formalaşdırmaq istəyir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin Baş naziri Məhəmməd Ştayye deyib.

Onun sözlərinə görə, İsrail Qəzza zolağında fələstinliləri öldürmək, məhv etmək və yerindən köçürməyə cəhd etməklə, 1948-ci ildən bəri ilk dəfə Fələstinin xeyrinə dəyişən demoqrafik tarazlığı öz xeyrinə yenidən formalaşdırmaq istəyir.

O, son 400 günün Fələstinin müasir tarixində ən qanlı gün olduğunu vurğulayıb.

Qeyd edək ki, Ştayye 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 100 mindən çox, İordan çayının qərb sahilində isə 640-dan çox fələstinlinin öldürüldüyünü, yaralandığını, itkin düşdüyünü bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024