• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyalı nazir qəzaya düşdü: Vəziyyəti ağırdır 

DÜNYA

01 Iyun 2024 | 16:53 | Müəllif: Gülşən Şərif

Rusiyalı nazir qəzaya düşdü: Vəziyyəti ağırdır

Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov Naçiki qəsəbəsindən Bolşeretska gedən yolda qəzaya düşüb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.

Bildirilib ki, Qaşkov da daxil olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Onun qabırğaları və çanaq sümüyü sınıb.

Qeyd edildiyi kimi, avtomobillərdən birində Qaşkovla yanaşı səhiyyənin inkişafı şöbəsinin rəis müavini Denis Fedotov da olub. Onun yüngül bədən xəsarəti aldığı deyilir.

Rayon Dövlət Yol Müfəttişliyinin ilkin məlumatına görə, mikroavtobusla "UAZ Patriot" markalı avtomobilin toqquşması baş verib. "Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, hadisə ilə bağlı araşdırma aparılır, məlumat dəqiqləşdirilir", - deyə idarədən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026