Ukrayna rəsmiləri son 24 saat ərzində Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 9 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Donetsk Vilayət Administrasiyasının sədri Vadim Filaşkin verdiyi açıqlamada Rusiyanın bölgədə son sutkada həyata keçirdiyi hücumlarda 2 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə yaralandığını bildirib.
Xerson Əyalət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, Rusiya ordusu onların bölgəsində bazar yerinə hücum edib və 7 nəfər həyatını itirib. Prokudin son sutka ərzində Rusiyanın hücumları nəticəsində 20 nəfərin yaralandığını da diqqətə çatdırıb.
Ukrayna Baş Qərargahının açıqlamasında deyilib ki, Ukrayna ordusuna məxsus 9 tank, 44 zirehli texnika, 33 top, 1 hava hücumundan müdafiə sistemi, 98 pilotsuz uçuş aparatı, 3 qanadlı raket, 74 avtomobil və xüsusi texnika məhv edilib.