• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın yardım TIR-ı Xankəndiyə getdi - AzQAC-dan açıqlama

GÜNDƏM

12 Sentyabr 2023 | 09:02 | Müəllif: Subhan Mahmudov

Rusiyanın yardım TIR-ı Xankəndiyə getdi - AzQAC-dan açıqlama

Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətində hərəkət edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) müvafiq işçi heyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib.

Baş katib jurnalistlərin “Yaxın günlərdə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfində başqa yüklərin keçidi nəzərdə tutulurmu?” sualına isə belə cavab verib:

“Belə bir məlumat yoxdur. Əgər hər hansı bir belə məlumat olarsa, media ilə bölüşüləcək”./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026