• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Separatçıların ekstradisiyasından söhbət gedə bilməz - AÇIQLAMA

GÜNDƏM

11 Oktyabr 2023 | 09:31 | Müəllif: Qalib İbrahimoğlu

Separatçıların ekstradisiyasından söhbət gedə bilməz - AÇIQLAMA

Qarabağdakı separatçıların “liderlər”inin həbsi ilə bağlı məsələ İrəvan-Bakı arasında həll olunmalıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır. Nazir müavini qeyd edib ki, onların məsələsi Ermənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həll olunmalıdır: "Söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxslərdən gedir. Ona görə də, bu məsələlər ilk növbədə bu şəxslərin vətəndaşı olduqları Ermənistanla Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır".

Qaluzin bir məqama da diqqət çəkib: "Rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsinin olmadığını və bununla bağlı bütün məsələlərin Qarabağın erməni nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Çox təəssüf ki, bu baş verdi".

Siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, həbs olunan şəxslər Azərbaycanda doğulublar və bizim vətəndaşlarımız olublar.

Ekspert diqqətə çatdırıb ki, onlar Azərbaycanın suveren ərazilərində terror hadisəsi həyata keçiriblər, insanların kütləvi qırğınlarında iştirak ediblər: "Onların Xocalı soyqırımının təşkilində əlləri var. Həmçinin Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı əməliyyatlar həyata keçiriblər. Mülki insanların, hərbi qulluqçuların qətlə yetirilməsində xüsusi rol oynayıblar. Bunlarla bağlı illərlə toplanılmış cinayət materialları var və bütün hallarda hüquq imkan verir ki, bu şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində cəzalandırsınlar. Baki Saakyan, Arkadi Qukasyan, David İşxanyanın Qarabağ bölgəsində həyata keçirdikləri terror aktları, ərazi bütövlüyümüzün pozulması, separatizm və terrorçuluq fəaliyyəti faktlarla isbat olunub. Araik Arutunyanın əmri ilə Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və başqa yerlərə raket hücumlarının təşkil olunması reallıqdır. Həmçinin, müharibə vaxtı qadağan olunmuş silahlardan istifadə olunması əmrini də həmin separatçılar verib".

Samir Əsədli:Onlar Azərbaycan ərazilərində terror hadisəsi həyata keçiriblər, insanların kütləvi qırğınlarında iştirak ediblər

Müsahibimiz vurğulayıb ki, adıçəkilən şəxslər Azərbaycan qanunvericiliyi çərçivəsində ən sərt formada cəzalandırılmağı haqq edirlər: "Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib. O, terrorçuluğu, qanunsuz silahlı birləşmələri maliyyələşdirməklə məşğul olub. Bu adam Azərbaycan dövlətinin icazəsi və razılığı olmadan ərazimizə gəlib və orada bir çox terror aktlarının, separatçılıq meyillərinin həyata keçirilməsinə birbaşa rəhbərlik edib. Bunlar faktla sübut olunub”.

Onun sözlərinə görə, əli qanlı separatçılar barədə Ermənistanla nəsə danışmaq, onların ekstradisiyasından söhbət gedə bilməz.

“Onlar mütləq cəzalarını çəkməlidir. Bununla Robert Koçaryan və Serj Sarkisyanı da Ermənistandan tələb etməliyik", - Samir Əsədli vurğulayıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026