Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdə idi.
Dövlət başçısı burada dövlət və hökumət rəsmiləri, biznes subyektlərinin rəhbər şəxslərlə görüşdü.
Konfrans çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib.
Görüşlərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib.
“Beynəlxalq münasibətlərin yenidən inşaasına yönəlik fikirlər səsləndirildi. Odur ki, bu konfrans çərçivəsində keçirilən görüşlər əlahiddə əhəmiyyətə malikdir”.
Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Bakıvaxtı.az-a mövzunu şərh edərkən bildirib ki, Almaniyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ənənəvi Münxen Təhlükəsizlik Konfransında artıq dünyanın siyasi mənzərəsinin dəyişəcəyi görünüb.
“Qərbin Rusiya ilə savaşı qətiyyətlə davam etdirməsi qərarına toxunmaq lazımdır. Konfransın gedişatı göstərdi ki, Rusiya münaqişələrdən faydalanan dövlət kimi ölkələrin təhlükəsizliyini təhdid etməkdə davam edir və manipulyasiyalarla onları öz nəzarətində saxlamaq istəyir.
Biz bunu Ermənistan-Azərbaycan münaqişəsində də görmüşük.
Bu konfrans yeni beynəlxalq münasibətlərdə ölkələrə yeni bir visit kartın verilməsinə işarədir. Beynəlxalq birlikdə təmsil olunmaq indi hər bir ölkə üçün vacibdir. Rusiya və onun müttəfiqlərinin, anti-demokratik rejimlərin gələcəyinə dair birmənalı mübarizə aparılması qərarlaşdırılsa, Azərbaycanın orda olması vacibdir”, - deyə Ə.Əlibəyli bildirib.
Ramid İbrahimov






jpg-1679554805.webp)
jpg-1679560141.webp)








