• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sabah bu avtomobil tunelində hərəkət dayandırılacaq

CƏMİYYƏT

02 Yanvar 2022 | 20:17 | Müəllif: Qalib İbrahimoğlu

Sabah bu avtomobil tunelində hərəkət dayandırılacaq

Yanvarın 3-də saat 11:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Koroğlu qovşağı istiqamətində yerləşən sonuncu avtomobil tunelində işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Xəbərə görə, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönəldiləcək:

“Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə AAYDA-dan bildirilib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026