• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabah da yağış yağacaq

CƏMİYYƏT

18 Mart 2022 | 12:55 | Müəllif: Qalib İbrahimoğlu

Sabah da yağış yağacaq

Martın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026