• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Sabah” Əlcəzair millisinin futbolçusunu transfer etdi

İDMAN

13 Sentyabr 2023 | 14:52

“Sabah” Əlcəzair millisinin futbolçusunu transfer etdi

“Sabah” Əlcəzair millisinin futbolçusu İshak Belfodili transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Videorolik şəklində təqdim edilən yeni oyunçunun adı açıqlanmasa da, onun karyerası ərzində oynadığı klublar qeyd olunub. Məhz həmin videodan heyətə cəlb edilən futbolçunun 31 yaşlı Belfodil olduğunu müəyyənləşdirmək çətin deyil.

Qeyd edək ki, İshak Belfodil karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib. Əlcəzair millisinin üzvü bu ilin yayında Qətərin “Əl-Qarafa” klubundan ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026