• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Sabah" klubu Litvaya yollanıb - SƏBƏB

İDMAN

20 Avqust 2024 | 13:44 | Müəllif: Əli Hüseynov

"Sabah" klubu Litvaya yollanıb - SƏBƏB

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” basketbol komandası ötən gecə təlim-məşq toplanışı üçün Litvaya yollanıb.

Klubun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektivin hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.

Komanda hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasının təsnifat mərhələsinin matçları sentyabrın 15-22-də oynanılacaq. “Sabah” ilk matçını 1/4 finalda İsveç təmsilçisi “Norrkoping Dolphins”ə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026