• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sabahdan hava dəyişəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

05 Iyun 2023 | 17:05

Sabahdan hava dəyişəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Azərbaycanın rayonlarında iyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026