• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq icra başçısı həbsdə namaza başladı

CƏMİYYƏT

07 Fevral 2022 | 11:42 | Müəllif: Qalib İbrahimoğlu

Sabiq icra başçısı həbsdə namaza başladı

İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, hazırda Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır.

O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.

Qeyd edək ki, V.Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026