• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Sabiq icra başçısının həbs müddəti UZADILDI

GÜNDƏM

12 Aprel 2021 | 16:30

Sabiq icra başçısının həbs müddəti UZADILDI

Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bakıvatxı.az-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib və məhkəmə qərarı elan edilib. Qərara əsasən, N. Zeynalovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, Dövlət Təhülkəsizliyi Xidmətinin Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı N. Zeynalov saxlanılıb. O Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026