Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən S.Dəmirovun həmkəndlisi, 1979-cu il təvəllüdlü Şükür İbadov saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, faktla bağlı araşdırmalar davam etdirilir.
7 oktyabr 23:35
Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
22:16
Sabirabad sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.
Bakıvaxtı.az xəbər verir ki, Sabirabad rayonunun Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü Dəmirov Samir Alim oğlu bədəninin müxtəlif nahiyələrindən bıçaq yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.
Bildirilir ki, S.Dəmirov həmkəndlisi tərəfindən bıçaqlanıb. Belə ki, toy mərasimində iştirak edən həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.















