• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şabranda narkotik satışına görə 3 nəfər saxlanılıb

HADİSƏ

19 May 2023 | 08:50 | Müəllif: Qalib İbrahimoğlu

Şabranda narkotik satışına görə 3 nəfər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Orxan Məmmədov, Elxan Məmmədov və Zaur Ağamalıyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

    Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026