Xəbər verdiyimiz kimi, ABŞ-da ilk dəfə təmiz azotdan istifadə edərək ölüm cəzası həyata keçirilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xatırladır ki, 1988-ci ildə bir qadını sifarişlə öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Smit Alabama ştatının Atmore şəhərində azotlaboğularaq edam edilib.
- edilən Kennet Smitin son yeməyi və sözləri ortaya çıxıb.
Smit azot qazı maskasına doldurmağa başlayandan sonra iki dəqiqə ərzində xərəkdə titrəyib, qıvrılaraq aşağı-yuxarı çırpılıb.
Nəfəsi yavaş-yavaş dayanana qədər təxminən 10 dəqiqə ağlasığmaz ağrılar içində huşunu itirib və qıcolma keçirib.
22 dəqiqəlik edam zamanı saf azotun öldürücü dozası maskasına çatmağa başlayanda ailəsinə "səni sevirəm" deyərək gülümsəyib.
Smit əli ilə həyat yoldaşı Deannaya ürək işarəsi göstərərək deyib:
"Bu gecə Alabama bəşəriyyətin geri addım atmasına səbəb olur. Mən sevgi, sülh və əmin-amanlıqla sizdən ayrılıram".
O, edam edilərkən nikah üzüyünü taxıb, arvadı isə şahid kürsüsündən ağlayaraq qışqırıb.
Smitə son dəfə yemək üçün yumurta və sous verilib. O, göz yaşları içində sonnuncu yeməyinin dadına baxıb
Günəş Mərd



%20(1)jpg-1709098191.webp)












