• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Şagirdini siqaret almağa göndərən müəllimlər var" - Deputat

CƏMİYYƏT

07 Oktyabr 2022 | 15:25

"Şagirdini siqaret almağa göndərən müəllimlər var" - Deputat

"Ən yaxşı həqiqət müqayisədə üzə çıxır. Sovet təhsil sistemində təlim, tərbiyə və təhsil vahid kompleks kimi götürülürdü. Nadir hallarda xoşəgəlməz nə isə baş verirdi".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli son günlər məktəblərdə mənfi hallara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sosializm dövründə ailələrin sosial vəziyyətləri bir-birinə bərabər idi:

"Onların arasında çox az fərq olardı. İndi isə həddsiz varlı və kasıb ailələr var. Aralarında fərq çoxdur. Bunların ailə tərbiyələri tamamilə başqadır. Ona görə də məktəblərin üzərinə böyük yük düşməlidir ki, işlər aparsınlar. Artıq məktəblərdə şagirdlərin eyni forma geyinməsi tətbiq olunub. Heç olmasa şagirdlər zahirən bir-birindən fərqlənməsinlər. Elə müəllim olur ki, öz şagirdini siqaret almağa göndərir. Belə hallar yolverilməzdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026