• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Sahil”də eskalator dayandı: sıxlıq yarandı

CƏMİYYƏT

20 Dekabr 2024 | 19:04 | Müəllif: Subhan Mahmudov

“Sahil”də eskalator dayandı: sıxlıq yarandı

Bakı metrosunun "Sahil" stansiyasında eskalatorlardan birinin hərəkətində fasilə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

Qeyd olunub ki, buna sərnişinlərdən birinin təhlükəsizlik açarını işə salmasının səbəb olduğu ehtimal edilir:

“Nəticədə eskalator dayanıb. Belə olduqda digər eskalator qoşulur. Pik saat olduğu üçün stansiyada sərnişin sıxlığı var. Bu da eskalatorun iş rejiminə uyğun olaraq dərhal sərnişin sıxlığı şəraitində bir qədər də sıxlığı artırb. Amma hansısa bir qorxulu məqam yoxdur. Qısa müddət ərzində eskalatorlardan birinin üzü yuxarı, digərinin isə üzü aşağı fəaliyyəti təmin edilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026