• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şahramanyan iki həftədir Paşinyanla qəbul gözləyir

DÜNYA

20 Oktyabr 2023 | 11:04

Şahramanyan iki həftədir Paşinyanla qəbul gözləyir

Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Ermənistana getdiyi gündən indiyə qədər Baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak“ nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr yazır ki, Şahramanyan bu görüşü təxminən iki həftə gözləyib, lakin hələ də qəbul baş tutmayıb.

Həmçinin əlavə olunub ki, Paşinyan görüşü gecikdirir və  görüş Ermənistan hökumətinin təşəbbüsü olsa da, sonradan ola bilsin vəziyyət dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR