• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Sakit okeanda güclü zəlzələ oldu

DÜNYA

07 Noyabr 2024 | 09:24

Sakit okeanda güclü zəlzələ oldu

Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə görə, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha əvvəl Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 maqnitudalı zəlzələ baş vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR