• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sanotoriyada ÖZBAŞINALIQ: "Gördüklərim məni dəli etdi"

CƏMİYYƏT

09 Sentyabr 2022 | 12:18

Sanotoriyada ÖZBAŞINALIQ: "Gördüklərim məni dəli etdi"

Masallı rayonunda yerləşən Fatimeyi-Zəhra” İstisu sanotoriyasından şikayət var.  

Bakıvaxtı.az xəbər verir ki, həkim məsləhəti ilə Masallı rayonunda yerləşən “Fatimeyi-Zəhra” İstisu sanotoriyasına gedən Faiq Seyfullayev dəhşətə gəlib. 

Şikayəti təqdim edirik: “Həkim məsləhəti ilə Masallı rayonunda yerləşən “Fatimeyi-Zəhra” İstisu sanotoriyasına getdim. Gördüklərim məni dəli etdi, burda nəinki müalicə alıb sağalmaq, insan burda xəstəlik tapar. Bildiyimə görə bu sanatoriya Masallının eks başcısının müavini İldırım Allahyarovun manopoliyasındadır, çünki buranı özləşdirmək olmaz. Ona görə ki, bura Mədəniyyət Nazirliyinin balansındadır. İldırım hər il burda milyonlar qazanır, amma bura nə xərc cəkir, nə də kiməsə təhvil verir ki, burda gözəl bir şərait yaratsınlar”.

Ay İldırım, burada mülicəyə gələnlərə hörmətin yoxdu, onu başa düşdük, hec olmasa bu çörəyi sənə qismət eləyən, buranın suyunu tapan, həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlıya hörmət qoy, burdakı vəziyyəti düzəlt”.

Aytac Aslan\


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026