• Bakı 14° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Saxta sənədlərlə xaricdə təhsil krediti alan 103 şübhəli saxlanıldı

DÜNYA

17 Dekabr 2024 | 11:48

Saxta sənədlərlə xaricdə təhsil krediti alan 103 şübhəli saxlanıldı

Saxta sənədlərlə xaricdə təhsil krediti dəstəyi üçün müraciət edən və doktorantura təhsili alırmış kimi göstərilən 149 şübhəlidən 103-ü polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az  bu barədə yerli mediaya istinadla xəbər verir.

Bildirilib ki, Ankara Respublika Prokurorluğu Sənədsazlıq və Dələduzluq Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində şübhəlilərin xaricdə təhsil müşavirlikləri tərəfindən verildiyi kimi təqdim olunan saxta sənədlərlə xaricdə təhsil krediti aldıqları müəyyən edilib.

İstintaq materiallarına görə, bəzi şübhəlilərin hətta bakalavr təhsili olmadığı, xaricə giriş-çıxış qeydiyyatlarının olmadığı və Almaniya, İsveçrə və İslandiyada fəaliyyət göstərən universitetlərdə doktorantura təhsili alırmış kimi göstərilərək kredit dəstəyi aldıqları aşkarlanıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025