“Bu yaxınlarda Abşeron abadlıq rəisi bizimlə bir məlumat bölüşdü ki, bir parkda həddən artıq su istifadə olunur. Biz ora nəzarət qrupu göndərdik və su xəttini dayandırdıq".
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cabrayıllı deyib.
Onun sözlərinə görə, daha sonra məlum olub ki, həmin xətt aktiv edilib: "Məlum oldu ki, bunu ətrafdakı obyektlər edirmiş. Harda ki, sayğac var, orda su qənaətlə istidadə olunur, olmayanda isə istafçılıq olur".
A.Cəbrayıllı deyib ki, artıq bütün dünya ölkələri su israfçılığı ilə bağlı həyacan təbili çalır: "Biz də bu brifinqlə bir mesaj vermək istəyirik ki, artıq bu məsələyə diqqət yetirmək lazımdır”.
Aytac Aslan
















