• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qubada yol idarəsi havaya normadan artıq tullantı atırmış

CƏMİYYƏT

25 Iyun 2023 | 14:43

Qubada yol idarəsi havaya normadan artıq tullantı atırmış

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Quba rayonunun Amsar kəndində fəaliyyət göstərən “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi” MMC-yə məxsus asfalt-beton zavodunda təmizləyici qurğu quraşdırılmadığından havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı akt tərtib edilib, zavodun hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Quba rayon Məhkəməsinə göndərilib.

Zavodda təmizləyici qurğunun quraşdırılması və nöqsanların aradan qaldırılması üçün asfalt-beton zavodun rəhbəri Hikmət Seyidova məcburi göstəriş verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026