• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sayğacın dəyişmə vaxtı çatanda SMS göndəriləcək - VİDEO

CƏMİYYƏT

19 Avqust 2021 | 18:11 | Müəllif: Subhan Mahmudov

Sayğacın dəyişmə vaxtı çatanda SMS göndəriləcək - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildiirlir ki, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır. Abonent məmnuniyyətini hər zaman yüksək tutan Azəriqaz İstehsalat Birliyi abonentlərin bu məsələ ilə bağlı narazılıqlarının aradan qaldırılması üçün daha bir yenilik tətbiq etdi. Artıq hansısa ünvanda quraşdırılan qaz sayğacının dövri yoxlama müddəti bitibsə, yəni sayğacın dəyişmə vaxtı çatıbsa, Birlik tərəfindən abonentin mobil telefonuna sms vasitəsilə bildiriş göndəriləcək.

Daha ətraflı sosial şəbəkə ünvanından video materialı izləyə bilərsiz:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026