• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qənirə Paşayeva əməkdar artist ilə görüşüb

CƏMİYYƏT

18 Sentyabr 2021 | 10:41

Qənirə Paşayeva əməkdar artist ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ustad ud ifaçısı, Əməkdar artist Yasəf Eyvazovla görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. 

Məlumatda bildirilib ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə, sənətkarın qayğıları, sənət uğurları, yaradıcılıq planları, habelə ud ifaçılığının, ümumən yeni sənətçilər nəslinin yetişməsində ustad sənətkarların rolu ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizdə yeni mədəniyyət strategiyasına uyğun sənəd layihələrinin hazırlanmasında mədəniyyət və incəsənət xadimlərinin öz töhfələri, rəyləri ilə iştirakının məqsədəuğunluğu vurğulanıb.

Əməkdar artist Komitə sədrinə üzərinə saat quraşdırlmış ud maketi hədiyyə edib, görüş və faydalı fikir mübadiləsinə görə təşəkkür edib.

Komitə sədri ustad ud ifaçısına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. 

Nuranə Daxilqızı


Qənirə Paşayeva əməkdar artist ilə görüşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026