Cəlilabad rayonunda yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin anidən qarşısına çıxan “VAZ 21011” avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.(report)
















