"Səbail"in sabiq futbolçusu Milovan Petrovikin yeni klubu müəyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, şimali makedoniyalı oyunçu karyerasını Serbiyada davam etdirəcək. O, Superliqa təmsilçisi "Randik Surduliça"ya transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Petrovik ötən mövsüm "Səbail"də oynayıb.
















