• Bakı 28° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Səbinə Əliyeva Kadir Özkaya ilə görüşdü

SİYASƏT

24 Iyul 2024 | 21:13

Səbinə Əliyeva Kadir Özkaya ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Bakıvaxtı.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı Müvəkkil qonaqları salamlayaraq, mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Kadir Özkaya öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub, Azərbaycanın Ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonağa təqdim edilib.


SON XƏBƏRLƏR

31 May 2025