• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Seçki məntəqəsində internet problemi yoxdur”

CƏMİYYƏT

07 Fevral 2024 | 16:07

“Seçki məntəqəsində internet problemi yoxdur”

Ermənidilli seqmentə məxsus bəzi sosial şəbəkələrdə bir neçə seçki məntəqəsində internetin verilişində problem yarandığına dair iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, tirajlanan məlumatlarda Bakı şəhərində olan seçki məntəqələrində internet rabitəsinin kəsildiyi və bununla bağlı seçki prosesinin gedişatı barədə son xəbərlərin çatdırılmasının mümkünsüzlüyünə dair informasiyalar yer alıb.

Rəsmi mənbələrdən saytımıza bildirilib ki, bu kimi informasiyaların heç bir əsası yoxdur: “Belə məlumatların paylaşılması Azərbaycanda demokratik və şəffaf şəraitdə keçirilən prezident seçkilərinə kölgə salmaq məqsədi güdür. Bu kimi addımlar bəzi dairələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsi kimi dəyərləndirilir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026