Səkkizinci gündür Kabildə vəziyyət stabil olaraq qalır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov danışıb.
"Hər şey qaydasındadır. Bu gün öz gözlərimizlə buna əmin olmaq üçün şəhərə getdik", - səfir vurğulayıb.
Bundan əlavə, diplomat Taliban qrupunun digər ölkələrə yayılmasına inanmadığını bildirib.
















