• Bakı 29° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Səfir: FETÖ məhv olunanadək Türkiyə mübarizəyə davam edəcək

DÜNYA

15 Iyul 2025 | 11:39

Səfir: FETÖ məhv olunanadək Türkiyə mübarizəyə davam edəcək

Bu gün milli birlik gününün 9-cu ili qeyd edilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü" münasibətilə keçirilən anım tədbirində deyib.

O bildirib ki, bu gün milli birliyə qarşı edilən xain hücumun yaşandığı gündür.

"Bu fədakar türk millətinin günüdür. Zəfərin adı Türkiyədir. Prezident Ərdoğanın liderliyi ilə bu günü minnətdarlıqla xatırlayırıq. Xain hücumun ardından Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstək ölkəmizə olan güclü dəstəkdir, bunu sizlərə xatırlatmaq istəyirəm", - o vurğulayıb.

Səfir əlavə edib ki, Türkiyə 9 il ərzində FETÖ terror təşkilatı ilə mübarizə aparıb.

O bildirib ki, bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam ediləcək.


SON XƏBƏRLƏR