• Bakı 20° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Səfir: İran və ABŞ sabah danışıqların formasını razılaşdıra bilər

DÜNYA

11 Aprel 2025 | 15:50

Səfir: İran və ABŞ sabah danışıqların formasını razılaşdıra bilər

İran və ABŞ şənbə günü keçiriləcək dolayı məsləhətləşmələrdə gələcək danışıqların formasını razılaşdıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Səfir danışıqlarla bağlı ətraflı məlumatının olmadığını bildirib.

"Bu danışıqlarla bağlı ətraflı məlumatım yoxdur, lakin deyə bilərəm ki, bu, ilk görüş olacaq. Düşünürəm ki, onlar (İran və ABŞ-red.) əvvəlcə gələcək danışıqların formasını razılaşdıracaq, sonra isə qarşılarına vəzifələr qoyacaqlar", - o qeyd edib.


SON XƏBƏRLƏR

22 May 2026