• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səfir: "Ukrayna Azərbaycana ixracı 15 % artırıb"

SİYASƏT

25 Noyabr 2024 | 16:21 | Müəllif: Əli Hüseynov

Səfir: "Ukrayna Azərbaycana ixracı 15 % artırıb"

Bu ilin yanvar-oktyabr aylarında Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 408 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 % çoxdur.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu ölkənin Dövlət Gömrük Xidmətinə istinadən bildirib.

Diplomat qeyd edib ki, 10 ay ərzində Ukraynadan Azərbaycana ixracın həcmi 15,1 % artıb.

"Bu, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndiyini və Azərbaycan bazarında Ukrayna məhsullarına tələbatın artdığını təsdiqləyir", - Y.Qusev vurğulayıb.

Ukraynadan Azərbaycana ixracın strukturuna ət və ət məhsulları (quş və iribuynuzlu mal-qara əti), qara metaldan hazırlanan məmulatlar, texniki mallar, kakao, şəkər və qənnadı məmulatları daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026