• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Səhər yeməyi: Yeyək, yeməyək?

CƏMİYYƏT

15 May 2023 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

Səhər yeməyi: Yeyək, yeməyək?

Səhər oyananda etdiyimiz ilk aktivitələrdən biri qidalanmadır. Bəzən insanlar qida qəbul etmir və günortaya qədər ac qalaraq səhər yeməyindən imtina edir.

Dietoloq Dr. Şəfa Yadigarova Bakıvaxtı.az-a səhər yeməyinin faydaları və zərərlərindən söz açıb. Onun sözlərinə görə, səhər yeməyi sağlam qidalardan ibarət olmalıdır. "Səhər yeməyinin faydaları da var, zərərləri də. Ümumiyyətlə, səhər oyananda, fizioloji olaraq enerji tələbatı artır. Səhər isə bizə enerji mənbəyi qidadır. Lakin fast-foodlar, kolbasa və yaxud sosisləri nəzərdə tutmuram. Məhz sağlıqlı qidalardan danışıram. Həmin qidalar enerji verəcək, həm faydalı olacaq, həm bu qidaların içində müəyyən maddələr, zülallar, vitaminlər və s. qəbul etmiş olacağıq".

Dietoloq əlavə edib ki, səhər yeməyini doğru qəbul etməsək, kökəlməyə səbəb ola bilər. Müsahibimiz qeyd edib ki, insan gününü sudan başlamalıdır: “Çünki, gecə bizim bədənimizdə susuzlaşma prosesi baş verir. Gecədən mədəmizə müəyyən maddələr, turşular yığılır. Səhər oyananda birbaşa yemək yedikdə metebolizm sürətlənməsi baş vermir, kökəlməyə meyillilik yaranır. Su balansı bərpa olunmamış olur. O səbəbdən su qəbul edilməlidir. Həmçinin suyun daxilinə darçın, limon, nanə kimi dad qatan qidalar da əlavə oluna bilər”.

Onun sözlərinə göeə, səhər yeməyi yemək, su balansına diqqət etmək, gecə gec yatmamaq sağlamlığın başlanğıcı hesab olunur: “Enerjini verən qidadır. Çalışaq sağlam qidalanaq".

Həkimlərin qeyd etdiyi kimi, səhər yeməyi yemək sağlamlıq hesab edilir. Əgər gün ərzində enerjili və gümrah qalmaq istəyirsinizsə, səhər yeməyini qaçırmayın.

Xəyalə Rza

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026