• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şəhərin mərkəzində rusiyalı turist öldürüldü

DÜNYA

12 Iyun 2023 | 17:50

Şəhərin mərkəzində rusiyalı turist öldürüldü

Türkiyənin İstanbul şəhərində rusiyalı turist qətlə yetirilib.

Bakıvaxtı.az Habertürk-ə istinadən xəbər verir ki, 40 yaşlı Rusiya vətəndaşı Vyaçeslav Neçiporçuk Taksim meydanı yaxınlığında mübahisə zamanı bıçaqlanaraq öldürülüb.

“Rusiyalı turist 4 nəfərlə mübahisə edib və bıçaqlanıb. Onu bıçaqlayan şəxslər hədə-qorxu ilə pul tələb ediblər”, - deyə məlumatda deyilir.

Vyaçeslav Neçiporçukun mobil telefonunu əlindən alan zaman müqavimət göstərdiyi və bu əsnada ürəyindən bıçaqlanaraq öldürüldüyü əlavə olunub.

İstanbul polisi cinayəti törətməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb. Daha 2 nəfərin axtarışı aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026