• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəhid Möhübbət Mustafayev dəfn edilib

CƏMİYYƏT

01 Noyabr 2024 | 16:22

Şəhid Möhübbət Mustafayev dəfn edilib

Kəlbəcər rayonunun Bağırsaq kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Möhübbət Qənimət oğlu Mustafayevlə Tərtər rayonunun Seydimli kəndində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Seydimli kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Kəlbəcər və Tərtər rayonları İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Möhübbət Qənimət oğlu Mustafayev 1974-cü il martın 15-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. O, 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Bağırsaq kəndi istiqamətində itkin düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR